Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 Kamal Cəfərov: Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır, heç kim qanundan üstün deyil » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Kamal Cəfərov: Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır, heç kim qanundan üstün deyil

Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır, heç kim qanundan üstün deyil.

Dərc edilib: 2 may 2020 [18:23]
Baxış sayı: 189265

Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır, heç kim qanundan üstün deyil.

Bunu Trend-ə Milli Məclisin deputatı Kamal Cəfərov deyib.

Deputat bildirib ki, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni Baş prokuror Kamran Əliyevi qəbul edərkən prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi və islahatların dərinləşməsi istiqamətində konkret istiqamətləri diqqətə çatdırıb:

“Birinci istiqamət yüksək keyfiyyətli təhsil almış, xalqa, dövlətə bağlı müasir düşüncəli kadrların prokurorluq orqanlarının fəaliyyətinə cəlb edilməsi və bu gün fəaliyyətdə olan kadrların peşəkarlığının təkmilləşdirilməsidir. İkinci istiqamət isə prokurorluq orqanlarının korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə daha fəal iş aparması idi.

Mən əminəm ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin peşəkarlığı və təcrübəsi imkan verəcək ki, ümumilikdə onun rəhbərliyində prokurorluq orqanları vətənə ləyaqətlə xidmət etsinlər, eyni zamanda dövlət maraqları və qanunun aliliyi təmin edilsin”.

Deputat vurğulayıb ki, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı həyata keçirilən strategiya nəticəsində ölkəmiz böyük uğurlar əldə edib:

“Cənab Prezidentin müvafiq sərəncamları ilə korrupsiyaya qarşı mübarizə və açıq hökumətin təşviqi sahəsində 6 strateji sənəd qəbul edilib. Beynəlxalq standarlara uyğun təkmil qanunvericilik, bu sahədə ixtisaslaşmış qurumların səmərəli fəaliyyəti, açıq hökumət prinsiplərinin dövlət qurumlarında tətbiqi və beynəlxalq təşəbbüslərdə aktiv iştirak bu sahədə əsas uğurlarmızdandır”.

K.Cəfərov əlavə edib ki, Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə siyasətinin vacib istiqamətlərindən biri də beynəlxalq əməkdaşlıqdır:




“Bu çərçivədə xarici ölkələrin təcrübəsinin araşdırılması, beynəlxalq sənədlərə qoşulma və onların icrası, ixtisaslaşmış təşkilatlar və xarici qurumlarla əməkdaşlıq əlaqələrin qurulması məsələləri daim diqqətdə saxlanılır və əhəmiyyətli nailiyyətlər əldə olunub.

Ölkəmiz bu gün korrupsiyaya qarşı mübarizə sahəsində bütün əhəmiyyətli beynəlxalq konvensiyalara qoşulub və onların icrasını təmin edib. Belə ki, dövlətimiz Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (QREKO), Çirkli Pulların leqallaşdırılmasına qarşı Ekspertlər Komitəsinin (MONEYVAL) və BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının müvafiq qiymətləndirmə mərhələlərini uğurla keçib. Hətta ölkəmizin hüquq-mühafizə orqanlarının əməkdaşları digər ölkələrin fəaliyyətinin dəyərləndirmə missiyalarında ekspert qismində iştirak edir”.

Deputat əlavə edib ki, korrupsiyaya qarşı mübarizədə uğuru şərtləndirən ən vacib amil siyasi iradədir və ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində möhkəm siyasi iradə var:

“Belə ki, ölkə başçısının tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatlar, Neftçala, Biləsuvar, Ağstafa, Yevlax rayonlarının icra başçılarının həbs edilməsi bir daha göstərdi ki, ölkəmizdə korrupsiyaya qarşı ciddi mübarizə var, heç kim qanundan üstün deyil.

Ölkə başçısı çıxışlarında dəfələrə qeyd edib ki, yerli icra hakimiyyəti orqanlarının başçılarının bir vəzifəsi var - vətəndaşlara xidmət etmək, onların problemlərinə qulaq asıb, həll etmək. Əməllərində korrupsiya hallarına yol verən şəxslər fəaliyyətləri ilə birmənalı olaraq cənab Prezidentin humanist siyasətini yerlərdə diskreditasiya edirlər. Şəxsi maraqlarını dövət maraqlarından üstün tuturlar. Buna görə Prezidentin siyasətinə kölgə salanları heç bir dostluq, tanışlıq və ya keçmiş xidmət məsuliyyətdən qurtarmayacaq. Hesab edirəm ki, bütün vəzifəli şəxslər ölkə başçısının çıxışından bir daha nəticə çıxarmalı və onun göstərdiyi prinsiplərə uyğun fəaliyyətlərini qurmalıdırlar.

Cənab Prezident həbslərin yalnız yerli icra hakimiyyəti orqanlarında deyil, həmçinin mərkəzi icra orqanlarında olacağının da anonsunu verdi. Düşünürəm ki, bu orqanların da korrupsiya hallarına yol verən məmurları öz cəzasını alacaq”.


OnlinePresss.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 264