Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Əfqanıstan hökuməti əsir terrorçuları azadlığa buraxmağa başlayıb

Əfqanıstan hökuməti “Taliban” radikal hərəkatının 100-ə yaxın üzvünü Kabildəki Pul-ə-Çarxi həbsxanasından  azadlığa buraxıb. 

Dərc edilib: 3 may 2020 [11:57]
Baxış sayı: 21774

Əfqanıstan hökuməti “Taliban” radikal hərəkatının 100-ə yaxın üzvünü Kabildəki Pul-ə-Çarxi həbsxanasından  azadlığa buraxıb.

Bu barədə RİA “Novosti” “Tolo News” telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına əsasən, məhbuslar mayın 2-də, şənbə günü axşam həbsxanadan azad ediliblər. Ümumilikdə “Taliban” ABŞ-la razılaşma əsasında beş min üzvünün azad olunmasını tələb edir. Əfqanıstan tərəfi isə tədricən 1,5 min məhbusu azad etmək qərarına gəlib.


Martın 10-da bildirilmişdi ki, Əfqanıstan Prezidenti Əşrəf Qani əsir taliblərin əfv edilməsi və onların azad edilməsi haqqında fərman imzalayıb.

Xatırladaq ki, cari ilin fevralın 29-u Qətərin paytaxtı Dohada ABŞ və “Taliban” arasında sülh anlaşması imzalanıb.

Anlaşmanı ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və “Taliban”ın rəhbərinin müavini Abdulla Qəni Baradar imzalayıblar.

Lakin anlaşmanın imzalanmasından iki gün sonra “Taliban” Əfqanıstan hökumətinə qarşı döyüşləri bərpa edib.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 264