Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Fərid Şahbazlı: “Bu yalnız Ulu Öndərin dünya siyasətindəki böyük nüfuzu hesabına mümkün oldu”

“Ulu Öndər Heydər Əliyev güclü və müstəqil Azərbaycanın memarı, milli dövlətçiliyimizi məhv olmaqdan xilas edən böyük dövlət xadimidir. O, bu gün bütün dünya azərbaycanlıları bir amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının müəllifidir. Məhz Ulu Öndərin xilaskarlıq missiyası nəticəsində ölkəmiz üçün olduqca çətin və mürəkkəb şəraitdə Azərbaycan dövlətçiliyi məhv olmaqdan qurtuldu, bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazandı”.

Dərc edilib: 10 may 2018 [21:59]
Baxış sayı: 36132

İnterpress.az xəbər verir ki, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin (İGİB) sədri Fərid Şahbazlı Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı fikirlərini bölüşərkən deyib. F.Şahbazlı bildirib ki, Ümummilli Lider hakimiyyətdə gəldiyi ilk illərdə Azərbaycanda vətəndaş qarşıdurması, xaos və anarxiya hökm sürürdü: “Lakin bütün bunlara baxmayaraq, Ulu Öndər Azərbaycana qlobal biznes korparasiyalarını cəlb etməklə ölkəmizi ağır iqtisadi fəlakətdən xilas etdi. Ölkədə mövcud olan olduqca ağır iqtisadi-siyasi vəziyyət fonunda “Əsrin Müqavilə”si kimi tarixi layihənin gerçəkləşməsi yalnız və yalnız Ulu Öndər Heydər Əliyevin dünya siyasətindəki böyük nüfuzu hesabına mümkün oldu.

Bununla yanaşı, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra dünya ölkələri ilə əlaqələri pozulmaq həddində olan Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu və milli maraqlara xidmət edən olduqca uğurlu xarici siyasət həyata keçirməyə başladı. Ölkəmiz beynəlxalq münasibətlər sistemində özünün nüfuzu və mövqeyi olan bir dövlətə çevrildi”.

İGİB sədri qeyd edib ki, Azərbaycanın bütün dünyaya örnək olan dövlət gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub: “Ümummilli Liderimizin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərlə bağlı müxtəlif dövlət proqramları qəbul edildi, gənclərin respublika forumlarının keçirilməsinə başlanıldı, gənclərlə bağlı qanunvericilik bazası təkmilləşdirildi. 2 fevral Gənclər Gününün təsis edilməsi Ulu Öndərin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir”.

F.Şahbazlı qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bugün Prezident İlham Əliyev tərəfindən olduqca uğurla davam etdirilir: “Ona göstərilən diqqəti yüksək qiymətləndirən Azərbaycan gəncliyi daim dövlətçiliyin yanında olub, bundan sonra da öz fəaliyyəti ilə ona göstərilən etimadı doğrultmağa çalışacaq”.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 268