Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Dəstək olaq təşkilatı növbəti uğurlu tədbirinə imza atıb

Onlar vətənpərvərlik ruhunda oxuduqları mahnılarla əsgərləri döyüşə səsləyiblər.

Dərc edilib: 28 may 2018 [12:37]
Baxış sayı: 19578

Azərbaycan Respublikası FHN-nin "N" saylı hərbi hissəsində əsgərlərə tədbir təşkil edən "Dəstək olaq" təşkilatı növbəti uğurlu layihəsini həyata keçirib.

İnterpress.az xəbər verir ki, yalnız xeyriyyə işləri ilə deyil, bütün sosial işlərdə aktivliyi ilə fərqlənən "Dəstək olaq" komandası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ile bağlı möhtəşəm tədbir keçirib. Tədbirin ilk hissəsində AXC 100 illiyinin tarixinə həsr olunan çıxışlar olub.

Çıxışlarda şanlı Azərbaycan tarixindən qürur ve fərəh hissi ile bəhs edilib. Deyilib ki, Azərbaycanın tarixi çox qədimə köklənir. Bu şanlı tarixi də hər bir azərbaycanlı yaddaşına həkk etmelidir. Xüsusi ile AXC 100 illyini vurğulayan qonaqlar Məhəmməd Əmin Rəsulzadənin rolundan danışıblar. Onlar bildirib ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi üçün daim yanan bir məşəl olub. Onun liderliyi ile Azərbaycan çox qısa bir müddətdə də olsa müstəqil olub. Əsgərlərə Azərbaycanın tarixi ilə bağlı müxtəlif faktlar açıqlanıb. Tədbirdə qeyd olunub ki, Azərbaycanın müstəqilliyi hər zaman düşmənlərimizin paxıllığına səbəb olub.Tədbirin təşkilatçısı Aşura Hüseynova çıxışında qeyd edib ki, "Destek olaq" təşkilatı hər zaman dövlətə və dövlətçiliyə böyük əhəmiyyət verib. Onlar Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevi hər zaman dəstəkləyir ve inanır ki , yaxın gələcəkdə bu cür tədbirlər doğma Qarabağımızda keçiriləcək. Rəsmi hissə bitdikdən sonra tədbir konsert proqramı ilə davam edib. Konsert proqramına Azərbaycanın bir çox məhşur müğənniləri qatılıblar.

İnterpress.az

Dəstək olaq təşkilatı növbəti uğurlu tədbirinə imza atıb

Dəstək olaq təşkilatı növbəti uğurlu tədbirinə imza atıb

Dəstək olaq təşkilatı növbəti uğurlu tədbirinə imza atıb






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 268