Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



İrandan Azərbaycana külli miqdarda narkotikin gətirilməsinin qarşısı alındı

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı müha­fizəsi istiqa­mətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə külli miqdarda narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısını alıb.

Dərc edilib: 2 may 2020 [08:12]
Baxış sayı: 944850

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı müha­fizəsi istiqa­mətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə külli miqdarda narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısını alıb.

DSX-dan verilən məlumata görə, mayın 1-də “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olub.

Sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldırılaraq, həmin sahə istiqa­mə­tində hərəkət edərək, İrandan Azərbaycana doğru və əks istiqamətdə bir nəfərə məxsus izlər aşkarlayıb.

Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­rilib, nəticədə üç ədəd qara rəngli idman çantasının içərisində ümumi çəkisi 42 kq 700 qram narkotik vasitə (9 kq heroin, 6 kq 700 qr metamfetamin, 4 kq 100 qr marixuana, 19 kq 300 qr həşiş, 1 kq 800 qr “Metadon M-40” həbi və 1 kq 800 qr “preqabalin”) aşkar olunaraq götürül­üb.

Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliy­yə­tinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbir­ləri nəticəsində beş nəfər şübhəli şəxs qismində sax­lanılıb.

Saxlanılan şəxslərin Astara rayonunun Kijəbə qəsəbə sakinləri - 1981-ci il təvəl­lüdlü Əhmədov Fərhad Vəliağa oğlu, 1989-cu il təvəllüdlü Teymurov Elməd­din Razim oğlu, 1984-cü il təvəllüdlü Fərzizadə Anar Nizaməli oğlu, 1995-ci il tə­vəl­lüdlü Abdullayev Nurlan Tofiq oğlu və 1974-cü il təvəllüdlü Babayev Dönməz Hətəm oğlu olması müəyyənləşdirilib.

Araşdırma zamanı saxlanılmış şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 268