| |||||
Əfqanıstan hökuməti əsir terrorçuları azadlığa buraxmağa başlayıb | |||||
Əfqanıstan hökuməti “Taliban” radikal hərəkatının 100-ə yaxın üzvünü Kabildəki Pul-ə-Çarxi həbsxanasından azadlığa buraxıb. |
|||||
|
|||||
![]() Əfqanıstan hökuməti “Taliban” radikal hərəkatının 100-ə yaxın üzvünü Kabildəki Pul-ə-Çarxi həbsxanasından azadlığa buraxıb. Bu barədə RİA “Novosti” “Tolo News” telekanalına istinadən xəbər verir. Telekanalın məlumatına əsasən, məhbuslar mayın 2-də, şənbə günü axşam həbsxanadan azad ediliblər. Ümumilikdə “Taliban” ABŞ-la razılaşma əsasında beş min üzvünün azad olunmasını tələb edir. Əfqanıstan tərəfi isə tədricən 1,5 min məhbusu azad etmək qərarına gəlib. Martın 10-da bildirilmişdi ki, Əfqanıstan Prezidenti Əşrəf Qani əsir taliblərin əfv edilməsi və onların azad edilməsi haqqında fərman imzalayıb. Xatırladaq ki, cari ilin fevralın 29-u Qətərin paytaxtı Dohada ABŞ və “Taliban” arasında sülh anlaşması imzalanıb. Anlaşmanı ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və “Taliban”ın rəhbərinin müavini Abdulla Qəni Baradar imzalayıblar. Lakin anlaşmanın imzalanmasından iki gün sonra “Taliban” Əfqanıstan hökumətinə qarşı döyüşləri bərpa edib. İnterpress.az |
|||||
|
|||||
|